Niderlandda parlament seçkilərində ultrasağçılar qalib gəldi

23 Noyabr 2023 13:47

Niderland krallığında parlament seçkilərində ultrasağ yönlü Azadlıq Partiyası qalib gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "eurointegration.com" yayıb.

Bildirilib ki, səslərin 98 faizi sayılıb. Azadlıq Partiyası parlamentdə 37 yer qazanıb. Bu exit-poll-un ehtimalından iki dəfə çoxdur. Azadlıq Partiyası hazırkından 20 yer artıq əldə edib.

Məlumata görə, siyasi təşkilatın lideri Gert Vilders Ukraynaya silah tədarükünə qarşı çıxış ilə də tanınır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun