Yağış suları Zabrat sakinlərini bu vəziyyətə saldı - VİDEO

23 Noyabr 2023 15:10

Paytaxtın Zabrat 1 qəsəbəsində "kərpic zavodu" adlanan ərazidə yağış suları ərazidəki yolları keçilməz hala salıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son yağıntlar nəticəsidə nəinki küçələrdə, hətta həyətlərdə də gölməçələr əmələ gəlib.

Sakinlər bildirir ki, yağıntının çox düşdüyü günlərdə hətta su mənzillərin döşəmələrinə qədər qalxır. 

Qəsəbəyə sərnişin daşıyan marşut avtobusları da bu məhəllədən çətinliklə keçir.   

"Xəzər Xəbər" məsələ ilə bağlı aidiyyəti quruma məlumat verdikdən sonra qısa müddət ərzində məhəllədəki yağış suları qəza briqadasının köməyi ilə xüsusi nasoslar vasitəsi ilə kənarlaşdırılıb.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından bu cür bir neçə ünvanda yağış sularının hər hansı bir istiqamətdə axıdılmasında çətinliklər yaranıb.

Baş plana əsasən Bakıətrafı ərazilərdə də kanalizasiya infrastrukturunun mərhələlərlə qurulması nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun