İraq "İslam Müqavimət Hərəkatı" ABŞ-nin bazasına hücum etdi

23 Noyabr 2023 13:26

İranyönlü İraq "İslam Müqaviməti Hərəkatı" ABŞ-nin İraqın şimalında Ərbil beynəlxalq hava limanı yaxınlığındakı hərbi bazasına hücum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, hərəkat bu hücumu ABŞ-nin Qəzza zolağında İsrailin hərbi əməliyyatını dəstəkləməsinə qarşı etdiyini bildirib. İddia olunur ki, hücum pilotsuz uçan aparat vasitəsilə edilib və hədəfə çatıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun