Ukraynada səfərbərliklə bağlı yeni qanun hazırlanır

23 Noyabr 2023 12:50

Ukrayna Ali Radası səfərbərlik haqqında yeni qanun hazırlayır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna parlamentində "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya açıqlayıb. 

Deputatın sözlərinə görə, sənəd rotasiya və demobilizasiyanın necə keçiriləcəyi, eləcə də hansı yaş qrupuna daxil olan insanların Ukrayna Silahlı Qüvvələrinə xidmət üçün çağırılacağı barədə məlumatı əks etdirəcək. 

Bildirilir ki, sənəd Ukraynanın Müdafiə Nazirliyinin və Baş Qərargahın iştirakı ilə hazırlanır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun