Ukraynada "Rossiya 24” telekanalının müxbiri həlak oldu

23 Noyabr 2023 12:25

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində yaralanan "Rossiya 24" telekanalının jurnalisti Boris Maksudov dünyasını dəyişib.

Milli.Az unikal-a istinadən xəbər verir  ki, bu barədə Rusiya mətbuatı  məlumat yayıb. 

"Faciəli xəbər indicə gəldi: həmkarımız Boris Maksudov aldığı xəsarətlərdən öldü, uşaqlar onun həyatı üçün mübarizə apardılar, dünən ağır yaralanmışdı", - deyə KİV-lərdən biri qeyd edib. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da jurnalistin vəfatı ilə bağlı başsağlığı verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun