Balotelli Almaniyada oynamaq istəyir: "Hələ də ən güclü mənəm"

23 Noyabr 2023 12:14

"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli İtaliya millisi ilə Avropa çempionatında oynamaq arzusundadır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, o, bu istəyini "Daily Sports"-a açıqlamasında dilə gətirib.

"Düşünürəm ki, sağlam vəziyyətdə hələ də ən güclüyəm. Raspadori və Skamakka son matçda rəqib qapısına neçə zərbə vurdular? İki? Zədəmi sağaldandan sonra yenidən millidə oynamaq istəyirəm. Mən həmişə yığmaya çağırılacağıma ümid edirəm. Spaletti ilə bir neçə dəfə görüşmüşəm, yaxşı söhbətimiz olub".

Qeyd edək ki, Balotelli 2018-ci ildən İtaliya millisində oynamır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun