Rusiya bu ölkəyə S-300-lər göndərdi

23 Noyabr 2023 08:19

Rusiya Tacikistana S-300 komplekslərinin iki bölməsini tədarük edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putin vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin vahid hava hücumundan müdafiə sistemi üçün tədarük işlərini başa çatdırmağa hazırdır:

"Biz artıq S-300 hava hücumundan müdafiə sistemlərimizin iki bölməsini Tacikistana təhvil vermişik - bu, səkkiz buraxılış qurğusudur".

Milli.Az