Ağ Evin yaxınlığında atışma: Polis yaralandı

23 Noyabr 2023 08:03

Noyabrın 22-də Ağ Evin yaxınlığında baş verən atışmada bir polis əməkdaşı və bir mülki şəxs yaralanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Amerika paytaxtının mərkəzində baş verən insident barədə yerli KİV xəbər yayıb.

Hadisə Kolumbiya dairəsində ABŞ prezidentinin iqamətgahından bir neçə məhəllə aralıda baş verib.

Şahidlər ən azı on dəfə atəş açıldığını bildiriblər.

Milli.Az