İsrail HƏMAS-ın kəşfiyyat ofislərini ələ keçirdi

23 Noyabr 2023 07:24

İsrail ordusunun paraşütçü briqadasının əsgərləri HƏMAS-ın kəşfiyyat bölməsinin ofislərini ələ keçiriblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Times of İsrail" məlumat yayıb.

Bildirilib ki, həmin ofislərdən kəşfiyyat materialları, texniki avadanlıq və HƏMAS-ın yeraltı infrastrukturu ilə bağlı əhəmiyyətli məlumatlar ələ keçirilib.

Milli.Az