Finlandiya Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlayır

23 Noyabr 2023 00:37

Finlandiya hökuməti Rusiya ilə sərhəddə daha dörd keçid məntəqəsinin bağlanması barədə qərar qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq məlumatı Finlandiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, iki ölkə arasında yalnız bir keçid məntəqəsi - ən şimaldakı Raya-Yooseppi (Lappi əyalətinin İnari bələdiyyəsi) məntəqəsi fəaliyyət göstərəcək. Bu, həm də qaçqınların sığınacaq üçün müraciət edə biləcəyi yeganə məntəqə olacaq.

Xatırladaq ki, noyabrın 18-də Finlandiya Rusiya ilə sərhəddə mövcud doqquz nəzarət-buraxılış məntəqəsindən dördünü bağlamışdı. 

Milli.Az