Türkiyə yığmasının təyyarəsi təcili eniş etdi

22 Noyabr 2023 13:54

AÇ-2024-ün seçmə mərhələsində səfərdə Uelslə 1:1-lik heç-heçə edən Türkiyə yığması vətənə qayıdarkən problemlə üzləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "ay-ulduzlular"ı daşıyan təyyarə Almaniyanın Münhen şəhərinə təcili eniş edib.

Belə ki, təyyarədə Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanın qardaşı Emanuel Montellanın səhhəti pisləşib. Ona görə də təyyarə tədbir məqsədilə Münhenə təcili eniş edib.

Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop və V.Montella yığmanın həkimi ilə birlikdə xəstəxanaya yollanıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun