Amerikalı müğənni-bəstəkar Lana Del Rey "Harper's Bazaar" jurnalının dekabr sayının üz qabığında yer alıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı sevgilisindən ayrıldıqdan sonra kamera qarşısına keçib.
Lana bu yaxınlarda kiçik həyəti və sadə interyeri olan evə köçdüyünü açıqlayıb. O, evə görə bir çox insanla dalaşdığını deyib. İfaçının hamamın pəncərəsinə yapışdırılmış jurnaldan parça və bir neçə ailə fotoşəklindən savayı heç bir dekorasiyası olmayan evinə görə dalaşdığı insanlardan biri də eks-sevgilisi olub. Lana bununla da onunla ayrıldıqlarını etiraf edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun