“Qəzzada İsrail üçün heç bir təhlükə qalmayacağını təmin edəcəyik” - Netanyahu

22 Noyabr 2023 09:22

"Müvəqqəti atəşkəs əldə olunsa belə, HƏMAS ilə müharibəni davam etdirəcəyik".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"Biz müharibəni davam etdiririk və bütün məqsədlərə çatana qədər davam edəcəyik. Biz HƏMAS-ı məhv edəcəyik, oğurlananların hamısını geri qaytaracağıq və Qəzzada İsrail üçün heç bir təhlükə qalmayacağını təmin edəcəyik", - deyə Netahyahu qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun