Rostov vilayətinin Belaya Kalitva şəhərinin mərkəzində bir nəfər güllələnib.
Milli.Az lent.az-a istinadən bildirir ki, yerli sakinlərin dediyinə görə, güllələnən şəxs "90-cı illərin avtoriteti" olub.
Bildirilir ki, qatil "Makarov" tapançası ilə qurbanına 4 dəfə atəş açıb.
Hələlik ölənin kimliyi ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, Baza yazır ki, qatil 2017-ci ildə iş adamı Vladimir Pyatibratovun qətlini təşkil etməkdə təqsirli bilinən 58 yaşlı Vladimir Borisenkonu öldürüb.
Milli.Az