“Barselona”da şok itki

22 Noyabr 2023 00:06

"Barselona"nın heyətində ciddi itki baş verib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Kataloniya təmsilçisinin qapıçısı Mark-Andre ter Ştegen sıradan çıxıb.

31 yaşlı qolkiper Almaniya milli komandasının düşərgəsində zədələnib.

Belində ağrılar hiss edən təcrübəli futbolçu İspaniyaya qayıdıb. O, 25 noyabr tarixində İspaniya La Liqasının 14-cü turu çərçivəsində "Rayo Valyekano"ya qarşı keçiriləcək oyunda iştirak etməyəcək. 

Qeyd edək ki, ter Ştegen cari mövsümdə "Barselona"nın heyətində 17 rəsmi matçda meydana çıxıb.

Milli.Az