İsrail Livanla sərhədə 100 min əsgər yerləşdirib

21 Noyabr 2023 23:57

İsrail ordusu Livanla həmsərhəd olan icmaları qeyri-rəsmi hərbi düşərgələrə çevirərək orada 100 min əsgər yerləşdirib.  

Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. 

Əhalisi köçürülmüş şəhər və kəndlərin küçələrində tanklar, zirehli texnikalar yerləşdirilib. 

Qeyd edilib ki, bölgədə yeni müharibə qaçılmazdır.

Milli.Az