Hacıqabulda sel təhlükəsi yaranıb

19 May 2010 16:01
Bu barədə məlumatı ANS telekanalı məlumat yayıb. Bəndin yuyulması nəticəsində kənddə sel təhlükəsi yaranıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və digər strukturların canlı və texnika qüvvəsi cəlb olunub.

Artıq bənd bərpa olunub və su axınının qarşısı alınıb. Bənd yarılan vaxtı isə su kütləsi Hacıqabul kollektoruna istiqamətləndiyindən elə də böyük təhlükə yaranmayıb.

Hazırda bənd bərkidilsə də, təhlükə sovuşmayıb.

Milli.Az