Lionel Messinin çıxış etdiyi "İnter Mayami" ilə Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nasr" klubu Ər-Riyadda yoldaşlıq turnirində üz-üzə gələcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ klubu məlumat yayıb.
Qarşılaşma 2024-cü ilin fevralında baş tutacaq.
Bildirilib ki, turnirdə "Əl-Hilal" klubu da çıxış edəcək.
Turnirin təşkilatçıları Kriştiano Ronaldo və Lionel Messinin komandaları arasında baş tutacaq qarşıdurmanı "Son rəqs" adlandırıblar.
Milli.Az