“Bavariya” futbolçusunun qazanı oğurlanıb

21 Noyabr 2023 21:18

"Bavariya"nın futbol klubunun oyunçusu, koreyalı Kim Min Cenin düyübişirən elektrik qazanı oğurlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu hadisə oyunçu Münxenə köçəndə baş verib. Kim Min Ce əşyaları yeni evə daşıyarkən düyübişirən qazanını səkidə qoyub və geri qayıdanda cihaz artıq orada olmayıb.

Qeyd edək ki, onu kimin oğurladığı məlum deyil.

Milli.Az