Peresdən gözlənilməz qərar

21 Noyabr 2023 20:00

"Real"ın prezidenti Florentino Peres Avropa Superliqası arzusundan əl çəkmir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, İngiltərə klublarının məsələ ilə bağlı mövqeyindən asılı olmayaraq sözügedən turniri bərpa etməyə çalışacaq.

Dekabrın 21-də Avropa İttifaqının Ədalət Məhkəməsi UEFA ilə Superliqa arasında gedən proseslərdə son qərarı elan edəcək. Məhkəmə turnirin UEFA-nın himayəsi xaricində keçirilməsi barədə qərar versə, Peres dərhal prosesi sürətləndirəcək.
 
Onun iştirakçıların tərkibindən asılı olmayaraq, Superliqaya start verəcəyi bildirilib.

Xatırladaq ki, 2021-ci ilin aprelində "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem", "Çelsi", "Real", "Barselona", "Atletiko", "Yuventus", "Milan" və "İnter" klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Lakin UEFA-nın təzyiqindən sonra "Real", "Barselona" və "Yuventus"dan başqa, digər klublar turnirdən imtina ediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun