“Ukrayna Putinə qarşı sui-qəsd cəhdləri edib” - Peskov

21 Noyabr 2023 19:44

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Kiyevin Rusiya prezidenti Vladimir Putinə qarşı çoxsaylı sui-qəsd cəhdi etdiyini açıqlayıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Peskov bu barədə son müsahibəsində danışıb.

"Putinə qarşı dəfələrlə Ukraynadan sifariş edilən sui-qəsd cəhdləri olub. Biz bunu yaxşı bilirik, amma onlar uğur qazana bilməyəcəklər", - Peskov vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun