Bu ölkədə anomal istilər hökm sürür

21 Noyabr 2023 21:00

Braziliyanın bəzi regionlarında anomal istilər hökm sürür.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkənin bir çox şəhərində havanın hərarəti 44 dərəcədən yuxarı qalxıb.

Məlumata görə, noyabrın 19-da Arasuai şəhərində termometrlər müsbət 44,8 dərəcəni göstərib. Sonuncu dəfə 2005-ci ildə burada 44,7 dərəcəlik rekord istilər müşahidə edilmişdi.

Qeyd edək ki, anomal istilərə görə Braziliyanın 3 min şəhərində qırmızı təhlükə səviyyəsi elan olunub. Rio-de-Janeyroda havanın hərarəti 42,5 dərəcəyə çatıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun