Rusiya bu ölkələrə casus göndərir

21 Noyabr 2023 15:10

AB-yə üzv ölkələr Rusiyadan gələn diplomatların mümkün səyahət məhdudiyyətlərini müzakirə edirlər. Bu ideya çex siyasətçilər tərəfindən 12-ci sanksiyalar paketi üzrə danışıqların bir hissəsi kimi irəli sürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın "Faynənşl Tayms" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

"Çexiya Rusiya diplomatlarına vizaların yalnız bir ölkənin daxilində qalması və AB-də sərbəst hərəkət edə bilməməsi üçün verilməsini təklif edir. Ola bilsin ki, Rusiya diplomatları yalnız biometrik pasportlarla qəbul edilsinlər, çünki onların saxtalaşdırılması daha çətindir", - mənbə bildirib.

Qeyd olunur ki, bu təklif Rusiya Baş Kəşfiyyat İdarəsi və digər xidmətlərin casuslarının Çexiya ərazisinə gəlişi ilə bağlıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun