Siyavuş Novruzov Əli Kərimlini təhqir etdi: “Qırt toyuq kimi...” - FOTO

21 Noyabr 2023 14:49

Azərbaycan ilə əlaqədar Amerika tərəfindən ədalətsiz qərar qəbul olunub. 

Mill.Az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O xatırladıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

"Bundan sonra Azərbaycanın aparacağı müharibə diplomatipa müharibəsi olacaq. Amma təəəsüf ki, Amerikanın apardığı qərəzli fikirlərə içimizdə olan məkirlilər də dəstək verir", - deputat vurğulayıb.

Siyavuş Novruzov AXCP sədri Əli Kərimlini də tənqid edib:

"Əli Kərimli "qırt toyuq" kimi oturub televiziyanın qarşısında Azərbaycana qarşı fikirlər səsləndirir. Bir dəfə olsun Azərbaycanın apardığı haqlı mübarizədən və s. danışılmayıb".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun