Elşən Qəbulova vəzifə verildi

21 Noyabr 2023 14:18

Babək Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən Qəbulov Elşən Tofiq oğlu Babək Rayon Təhsil Şöbəsinə müddətli müqavilə ilə müdir təyin olunub.

Qeyd edək ki, Elşən Qəbulov İngilis dili müəllimi ixtisasını bitirib və 14 ilə yaxın dövlət qulluğunda çalışıb.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun