Azərbaycanlı deputat ABŞ-nin fəxri vətəndaşlığından imtina etdi

21 Noyabr 2023 12:38

Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ Azərbaycana qarşı qərəzli mövqeyi səbəbindən ABŞ-ın fəxri vətəndaşlığından imtina edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında ABŞ Senatının ermənilərin müdafiə aktını pisləyib və bunu ikili standartaların nümunəsi adlandırıb.

"90-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-da oldum. Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı verdilər. Bu gün onların hər ikisindən imtina edirəm", - deyə deputat əlavə edib.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun