AFFA rəsmisi bu oyuna təyinat aldı

21 Noyabr 2023 11:47

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.

Milli.Az "report"a istinadən bildirir ki, o, Türkiyədə yerli "Beşiktaş" və Belçikanın "Brugge" komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda UEFA Matç Direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda gerçəkləşəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun