Son günlər ölkənin bir neçə bölgəsində olduğu kimi Kürdəmirdə də qızılca xəstəliyinə yoluxanların sayında artım müşahidə olunur.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, son 10 gündə rayonu cənginə alan qızılca xəstəliyi bir çox kəndlərə də yayılıb.
Artıq xəstəxanaya 60-a yaxın müraciət daxil olub.
Hazırda onlardan doqquzu stasionar müalicə alır, digərləri isə ambulator müalicə olunaraq evə buraxılıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun