Hacıqabulda yol qəzasında ölən iki nəfər məktəbli olub

21 Noyabr 2023 09:11

Hacıqabulda baş verən yol qəzası zamanı ölən şəxslər məktəblilər olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rəfail Şirəliyevun idarə etdiyi "Toyota Prius" markalı avtomobil idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə ola məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüb.

Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun