Yaşar Əliyev sülhlə bağlı çıxış etdi

21 Noyabr 2023 08:20

BMT Təhlükəsizlik Şurasında Çinin Sədrliyi ilə "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması" gündəliyi çərçivəsində "Ümumi inkişaf yolu ilə sülhün qorunmasına yardım" mövzusunda açıq müzakirələr keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi X hesabında bildirib. Tədbirdə Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev də çıxış edib.

Diplomat bildirib ki, Azərbaycan sentyabrda lokal antiterror tədbirləri ilə Qarabağda sülhü təmin etməyə nail olub.

Milli.Az