"Avroviziya" qalibi axtarışa verildi

21 Noyabr 2023 08:23

Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanı 2016-cı ildə "Avroviziya"da təmsil edən və qalib olan Camalanı axtarışa verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məlumatda sənətçinin 2023-cü ilin oktyabrından axtarışda olduğu qeyd olunub.

Məlumat bazasında axtarışın hansı maddə əsasında aparıldığı göstərilməyib.

Hüquq-mühafizə orqanlarından TASS-a bildirilib ki, səbəb Rusiya ordusu haqqında saxta xəbərlərin yayılması işi ilə bağlı ola bilər.

Milli.Az

"Avroviziya" qalibi axtarışa verildi