"Bavariya"dan Noyer və Müllerlə bağlı QƏRAR

21 Noyabr 2023 08:04

"Bavariya" hücumçusu Tomas Müller və qapıçısı Manuel Noyerlə bağlı qərarını verib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, klub onlarla müqaviləni uzatmağı planlaşdırır.

Münhen təmsilçisi yaxında sözləşmələrin imzalanması üçün hərəkətə keçəcək.

Qeyd edək ki, Noyer və Müllerin hazırkı müqavilələri 2024-cü il iyul ayının sonuna qədərdir.

Xatırladaq ki, Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir, Müller isə bu klubun yetirməsidir.

Milli.Az