Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri - FOTO

21 Noyabr 2023 07:55

"InterNations" yaşamaq üçün ən yaxşı yerlər haqqında illik hesabatını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda 49 şəhər son bir ildə əcnəbilərin xaricdə yaşamaq və işləmək barədə istəkləri əsasında sıralanıb. 

Araşdırma 12 000-dən çox xarici vətəndaş arasında sorğu nəticəsində aparılıb. Hesabatda həyat keyfiyyəti, məskunlaşma asanlığı, şəxsi maliyyə və s. kimi amillər nəzərə alınıb.

Bu il İspaniyanın Malaqa şəhəri yaşamaq və işləmək üçün dünyanın ən yaxşı şəhəri seçilib.

Dünyanın ən qədim şəhərlərindən biri olan Malaqa Aralıq dənizi şəhəridir. Zəngin tarixi, incəsənət və mədəniyyət səhnəsi (rəssam Pikasso burada anadan olub), xoş iqlimi və gözəl yeməkləri ilə tanınır. Həmçinin Malaqa təhlükəsizliyi, sərfəli ictimai nəqliyyatı, istirahət və sağlamlıq üçün idman növləri, yaxşı sosial həyatı ilə fərqlənir. 

İspaniyanın digər 2 şəhəri də siyahının beşliyində yer alıb. Söhbət Alikante və Valensiya (keçən ilki siyahıda birinci idi) şəhərlərindən gedir. Malaqa, Alikante və Valensiya rahat yaşamaq keyfiyyətinə görə bir-birlərindən az farqlənirlər.

Siyahının ilk beşliyini Madrid və Nyu-York tamamlayır.

Milli.Az