Fabrikdə güclü yanğın: ölənlər var

21 Noyabr 2023 07:48

Çinin şərqində tekstil fabrikində baş verən yanğında 7 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Xinhua" agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə bazar ertəsi axşam saatlarında Vusi şəhərində (Şərqi Tsyansu əyaləti) baş verib. Yanğın söndürülüb.

Axtarış-xilasetmə əməliyyatlarının sonunda yanğın yerində 7 nəfərin cəsədi tapılıb. Yanğının səbəbi barədə məlumat verilməyib.

Milli.Az