Avtomobilin üstünə meteorit düşdü - FOTO

21 Noyabr 2023 07:04

Fransanın Strasburq şəhərində avtomobildə olan sirli dəliyin meteorit düşməsi nəticəsində yarandığı ehtimal edilir. 

Milli.Az Musavat.com-a istinadla xəbər verir ki, Fransa polisi "Renault Clio"nun damında dəlik yaradan və avtomobilin yanacaq çəninə ziyan vuran hadisəni araşdırır. Əsas versiya meteorit düşməsidir.

Qeyd edək ki, hadisə zamanı avtomobildə heç kim olmayıb.

Milli.Az