Oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 13300 nəfəri keçib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qəzzadakı hökumət yayıb.
Ölənlərin 5600-ü uşaq, 3550-si isə qadındır.
Hücumlarda 201 həkim, tibb bacısı, ilk yardım işçisi və 60 jurnalist həlak olub. Yaralıların sayı 31 minə çatıb.
Milli.Az