19 nəfər narkotikdən zəhərləndi, 6-sının vəziyyəti ağırdır

20 Noyabr 2023 22:15

Rusiyanın Həştərxan vilayətində narkotik maddədən kütləvi zəhərlənmə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 17-dən noyabrın 21-dək olan müddətdə müvafiq xəstəxanaya 19 nəfər narkotik və psixotrop dərmanlardan zəhərlənmə əlamətləri ilə qəbul edilib.

Hazırda 3 saylı Şəhər Kliniki Xəstəxanasında narkotik maddədən zəhərlənən 17 xəstə müalicə alır. Müalicə alan 6 pasiyentin vəziyyəti ağır, 11 nəfərin isə vəziyyəti orta ağırdır.

Milli.Az