Bu ölkə Rusiya ilə sərhəddi bütünlüklə bağlayacaq

20 Noyabr 2023 20:07

Finlandiya Rusiya ilə sərhəddi bütünlüklə bağlamağı planlaşdırır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Finlandiya hökuməti Rusiya ilə sərhəddəki digər məntəqələri də bağlamağı planlaşdırır.

Xatırladaq ki, Finlandiya Rusiya ilə sərhəddə dörd buraxılış məntəqəsini noyabrın 18-nə keçən gecə bağlayıb. Finlandiyanın baş naziri Petteri Orponun sözlərinə görə, bu tədbir "üçüncü dünya ölkələri vətəndaşlarının" axınının qarşısını almaq məqsədi daşıyır.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun