Türkiyə İraqda PKK/KCK terrorçusunu zərərsizləşdirdi

20 Noyabr 2023 21:00

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının daha bir terrorçusunu zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, "Jiyan Mardin" kod adlı terrorçu Gülsümə Doğan İraqın Süleymaniyyə şəhərində keçirilən əməliyyatla zərərsizləşdirilib.

Təşkilatın rəhbərləri ilə yaxın təmasda olduğu deyilən terrorçu Gülsümə Doğanın aldığı təlimatlara əsasən bölgədəki əhalidən "vergi" adı altında zorla vəsait tələb etdiyi və toplanan vəsaitdən PKK terror təşkilatının maddi-texniki təminatı üçün istifadə etdiyi müəyyən edilib.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun