"Google Chrome" ən populyar brauzer oldu

22 May 2012 21:20
Milli.Az "StatCounter"ə istinadən bildirir ki, qlobal miqyasda "Chrome"un payı 32,76 faiz, "Internet Explorer"in payı isə 31,94 faizdir.
3-cü yerdə 26,4 faizdə "Firefox", 4-cü yerdə isə "Apple"nin brauzeri "Safari"dir (7,7 faiz).
Liderlər beşliyində sonuncu yeri tutan "Opera"dan dünyada internet istifadəçilərinin cəmi 2 faizi yararlanır.
"Google Chrome"un uğuru Asiya və Cənubi Amerikada populyarlığının artırması ilə bağlıdır.

Milli.Az