Ərdoğan sabah Əlcəzairə səfər edəcək

20 Noyabr 2023 16:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Əlcəzairə rəsmi səfər edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "TRT Haber" məlumat verib.

Məlumata görə, Ərdoğan səfər çərçivəsində Əlcəzair Prezidenti Əbdülməcid Təbbun ilə görüşəcək.

Qeyd edək ki, görüşdə regional məsələlərlə yanaşı, Qəzzadakı vəziyyət müzakirə olunacaq.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun