Emin Cəfərov UEFA-dan təyinat aldı

20 Noyabr 2023 14:15

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

Milli.Az Milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin Astanada keçiriləcək "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da baş tutacaq.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun