"Avroviziya" əfsanəsi 45 yaşında öldü - FOTO

20 Noyabr 2023 15:20

1994-cü ildə "Eurovision"da Portuqaliyanı "Chamar a Musica" mahnısı ilə təmsil edən məşhur müğənni Sara Tavares beyin şişindən dünyasını dəyişib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşında dünyasını dəyişən Tavaresin ölümü ailəsini  sarsıdıb.

Qeyd edək ki, müğənni "Eurovision" mahnı müsabiqəsində 8-ci yeri tutub. Bu, Portuqaliyanın müsabiqədəki ən uğurlu nəticələrindən biridir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun