Ermənistanda futbol insidentinə görə cinayət işi başlandı

20 Noyabr 2023 23:15

Ermənistanda uelsli futbol azarkeşləri ilə bağlı insidentə görə cinayət işi başlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə (bir qrup şəxs tərəfindən döyülmə və ya digər zorakılıq hərəkətləri) iş açılıb.

Qeyd olunub ki, bu maddə üzrə ittiham öz təsdiqini tapacağı halda, cinayəti törədən şəxs iki ilə qədər azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan-Uels futbol komandalarının görüşündən əvvəl, taksi fəaliyyəti ilə məşğul olan şəxs uelsli futbol azarkeşinə gediş haqqının əvəzinə seksual xarakterli təklif edib.

Bu barədə Uels Futbol Azarkeşləri Birliyi məlumat yayıb və İrəvana gələn futbol azarkeşlərinin ehtiyatlı olması barədə xəbərdarlıq edib.

Böyük Britaniyanın Ermənistandakı səfirliyi hadisə ilə bağlı rəsmi münasibət bildirilməsini istəyib.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun