Şahin Bağırov "Eyvazlı" gömrük postundan danışdı

20 Noyabr 2023 14:26

İşğaldan azad olunmuş Qubadlı rayonunda yerləşən "Eyvazlı" gömrük postunun fəaliyyətinin bərpası ölkələr arasındakı ticari əlaqələrdən asılıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov jurnalistlərə deyib.

"Hazırda "Eyvazlı" gömrük postunda hərəkətlilik yoxdur. Gələcəkdə dövlət siyasətinə uyğun olaraq, Azərbaycanda yerləşən bütün nəzarət-buraxılış məntəqələrinin imkanlarını artırmağı planlaşdırırıq", - o deyib.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun