Eşq iddialarını yalanladı - FOTO

21 Noyabr 2023 04:45

Misirli milyarder Meedo ilə boşandıqdan sonra adı eşq dedi-qodularına qarışan Şeyma Subaşının ötən gecə bir məkanda iş adamı İzzet Antebi ilə öpüşdüyü iddia edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Antebi Subaşı ilə bir araya gəlmədiyini və bu mövzuda qanuni addım atacağını bildirib.

İddiadan sonra İnstaqram hesabında paylaşım edən İzzət Antebi bu iddianı rədd edərək : "Bu gün haqqımda yayılan xəbərlər bütün təfərrüatları ilə həqiqətə uyğun deyil. Doğrudur, sözügedən insanla bir araya gəldim və onun orada olduğunu da heç bilmirdim. Bunun heç bir həqiqəti yoxdur. Təbii ki, xəbərlə bağlı qanuni olaraq nə lazımdırsa ediləcək. İnsanları lazımsız xəbərlərlə məşğul etmək bu qədər asan olmamalıdır" deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun