Xalq artisti: “Həmin vaxt çox sındıq”

20 Noyabr 2023 08:06

Xalq artisti, xanəndə Nəzakət Teymurova məcburi köçkün olduqları dövrdə yaşadıqları çətinliklərdən danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "Günaydın, Azərbaycan" proqramında bəhs edib.

"Mən də məcburi köçkün olmuşam. Hər şey həyatda olur. Amma o düşüb qalxmaq hər insana nəsib olmur. Sıfırdan başlamaq çox çətin idi. Qaçqınlıq dövründə çox sındıq. Özümüzü nə qədər qürurlu göstərsək də, içimizdə sınıqlıq var idi. Şükür ki, torpaqlarımız azad olundu", - deyə, N.Teymurova əlavə edib. 

Milli.Az