Qəzzada 6 min insan itkindir

19 Noyabr 2023 23:17

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 6 mindən çox insan itkin düşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti Feysbukda məlumat yayıb.

Məlumata görə, çox sayda uşaq itkin düşüb:

"Onların dağılmış binaların, eləcə də evlərin dağıntıları altında qaldığı güman edilir".

Milli.Az