Göygöldə gənc oğlan intihar edib

19 Noyabr 2023 23:04

Göygöl rayonunun Yeni Qızılca kəndində intihar hadisəsi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1996-cı il təvəllüdlü Famil Tağıyev özünü evdə asaraq intihar edib.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az