Qəbələdə zəncirvari qəza - Xəsarət alanlar var

19 Noyabr 2023 22:12

Qəbələ rayonunun Nohırqışlaq kəndi ərazisində bir-neçə nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, "Mercedes", "Chevrolet" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində bir-neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Əraziyə Təcili Tibbi Yardım maşını və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Milli.Az